EKSPLOZİV KONUS

ölçüləri stratovulkandan kiçik olub, partlayış nəticəsində əmələ gəlmiş konus forması. E. k. pemza, şlak, tuf, kül konusları da aid edilir. конус эксплозивный explosive cone
EKSPLOZİV ÇUXUR
EKSPLOZİV KRATER
OBASTAN VİKİ
Konus
Hər hansı həndəsi müstəvi fiqurun nöqtələrini onun müstəvisinə aid olmayan nöqtə ilə birləşdirən bütün parçaların yaratdığı fəza fiquruna konus deyilir.Həmin müstəvi fiqura konusun oturacağı, həmin nöqtəyə isə konusun təpə nöqtəsi deyilir.Konusun təpəsindən oturacaq müstəvisinə endirilmiş perpendikulyara konusun hündürlüyü deyilir. Oturacağı dairə olan konusa dairəvi konus,təpəsi oturacağının mərkəzinə proyeksiyalanan dairəvi konusa isə düz dairəvi konus deyilir.Dairəvi konusun təpə nöqtəsini oturacaq çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçaya konusun doğuranı deyilir. Konusa düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından alınan alınan fəza fiquru kimi də baxmaq olar. Konusun təpə nöqtəsindən və oturacağının mərkəzindən keçən düz xəttə konusun oxu,oturacağının radiusuna isə konusun radiusu deyilir. Radiusu R, doğuranı L olan konusun yan səthinin açılışı qövsünün uzunluğu 2𝜋R və radiusu L olan dairə sektorudur. Konusun yan səthi: Konusun yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğu ilə doğuranın hasilinin yarısına bərabərdir.
Konus adası
Konus adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa buernundan 3 km şimal-qərbdə, İviniçaman adasından isə 7 km şimal-şərqdə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Uzunluğu 1,3 km, eni 0,7 km-dir. Maksimal hündürlüyü 258 metrdir. Adadan şimal-şərqdə Vtoroy adası yerləşir.